İtaliyada mövsüm iyunun 12-də kubok yarışı ilə bərpa olunacaq.

Həmin gün meydana “Yuventus” və “Milan” futbolçuları çıxacaq. İyunun 20-də isə  “Torino” – “Parma” matçı ilə “A” seriyası  davam etdiriləcək. Turnir yenidən dayandırılsa, çempionun pley-of oyunları ilə aşkarlanmasına dair qərar qəbul edilib. Hələlik  26 turdan sonra  63 xal toplayan “Yuventus” yarış cədvəlinə başçılıq edir. Liderdən 1 xal geri qalan  “Latsio” 2-cidir. İlk 3-lüyü isə 54 xalla “İnter” tamamlayır.

Bundan başqa İtaliyada transfer pəncərəsinin yeni tarixi açıqlanıb. Komandalar sentyabrın 1-dən futbolçuların keçidlərini reallaşdıra biləcəklər. Bu dövr oktyabrın 5-nə qədər davam edəcək. Xatırladaq  ki, pandemiyadan əvvəl transfer pəncərəsi iyulun 1-dən sentyabrın 2-nə qədər olurdu.